Türkiyədə ağır yol qəzasında ölən 23 yaşlı azərbaycanlı tələbənin - FOTOLARI
    • 5-02-2019, 18:34
    • 1 851

Türkiyədə ağır yol qəzasında ölən 23 yaşlı azərbaycanlı tələbənin - FOTOLARI

Xəbər verdiyimiz kimi Türkiyənin Biləcik rayonunda yol qəzasında xəsarət alan azərbaycanlı tələbə dünyasını dəyişib. 

News24.az xəbər verir ki, hadisə sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib. Hadisə zamanı Türkiyədə təhsil alan 23 yaşlı azərbaycanlı tələbə Mirsani Seyidov aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.  

Həmin fotoları təqdim edirik: 

Qeyd edək ki, Biləcik Şeyx Ədəbali Universitetinin Maşınqayırma mühəndisliyi fakültəsində təhsil alan M.Seyidov fevralın 14-də məzun olmaq üçün imtahan verəcəkdi.