Nazir tanınmış aparıcılara vəzifə verdi - FOTO

Nazir tanınmış aparıcılara vəzifə verdi - FOTO
SOSİAL / SİYASƏT

06 fevral 2019, 18:45

Mətn ölçüsü

ATV-nin iki əməkdaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifəyə təyin olunub.

News24.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı "Facebook" səhifəsində məlumat yayıb.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinə mətbuat katibi vəzifəsinə bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışmış, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərmiş Şahin Əliyev, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsinə ATV-nin "Xəbər” proqramının aparıcısı Əsmər Nəcməddinqızı təyin edilib”, - o qeyd edib.