104 min müəllim sertifikatlaşdırmaya cəlb olunub
Sosial
104 min müəllim sertifikatlaşdırma prosesinə cəlb olunub.
News24.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransı zamanı deyib.
Nazirin sözlərinə görə, sertifikatlaşdırmadan keçən 73 min müəllimin əməkhaqqına əlavə ödəniş edilib.
Bildirilib ki, 20 min müəllim isə ilk dəfə sertifikatlaşdırmaya cəlb edilib.