104 mindən çox uşaq məktəbəhazırlıq qrupuna qəbul olub

 104 mindən çox uşaq məktəbəhazırlıq qrupuna qəbul olub Sosial

Bu günə qədər artıq 104 mindən çox uşağın məktəbəhazırlıq qrupuna qəbulu prosesi tamamlanıb.

Bu barədə News24.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2026-2027-ci tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesi davam edir.

Qeyd olunub ki, məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.