Pambıqçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib

Pambıqçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
SOSİAL / SİYASƏT

13 fevral 2019, 13:29

Mətn ölçüsü

Kənd Təsərrüfatı Nazirliyində ölkədə pambıqçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib.

News24.az-ın məlumatına görə, nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə nazirlik Aparatının, tabeli qurumların rəhbər şəxsləri, pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, pambıq emalı müəssisələrinin nümayəndələri, qabaqcıl fermerlər iştirak ediblər.

Tədbirdə bir ay əvvəl keçirilmiş müşavirədə verilən tapşırıqların icra vəziyyəti, 2019-cu ilin pambıq əkinləri üçün bağlanmış müqavilələr, aparılmış şumun vəziyyəti, texnika, gübrə, toxum, dərman və su təminatı ilə bağlı mövcud durum müzakirə olunub. Müşavirə iştirakçıları “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyində ölkədə pambıqçılığın inkişafına həsr olunmuş müşavirələr ayda bir dəfə keçirilir.