Bakıda evdən 28 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
    • 13-02-2019, 15:17
    • 741

Bakıda evdən 28 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Hövsan qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Əmirov 5 qramdan artıq narkotik vasitə olan marixuananı satarkən cinayət başında yaxalanıb. 
 
Saxlanılarkən axtarış zamanı ondan əlavə 5,5 qram marixuana aşkar edilib.
 
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən də əlavə olaraq çəkisi 28,4 kiloqram marixuana aşkar edilərək götürülüb.
 
Faktla bağlı cinayət işi başlanılıb.