Nazir İnam Kərimov Sabirabad rayonunda vətəndaşlarla görüşəcək
    • 21-02-2019, 18:38
    • 1 024

Nazir İnam Kərimov Sabirabad rayonunda vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 28 fevral 2019-ci il tarixdə, saat 11:00-da Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala, Sabirabad, Saatlı, Hacıqabul, Salyan rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşəcək.

Bu barədə News24.az-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən mlumat verilib. 

Görüşdə iştirak etmək istəyənlər Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-213-04-72) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.