11-ci siniflərin riyaziyyat üzrə ən uğurlu məktəbləri - TAM SİYAHI

11-ci siniflərin riyaziyyat üzrə ən uğurlu məktəbləri - TAM SİYAHI Sosial

11-ci sinif şagirdlərinin buraxılış imtahanının riyaziyyat fənni üzrə yüksək nəticə göstərən məktəbləri açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Orta bal göstəricisinə əsasən, ilk yeri Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyası tutub. Bu məktəbdə imtahanda iştirak edən 62 şagirdin orta balı 93,75 faiz olub.

İkinci yerdə Fizika, riyaziyyat və informatika təmayüllü liseyi qərarlaşıb. Burada imtahanda iştirak edən 134 şagirdin orta balı 91,55 faiz təşkil edib.

Üçüncü pillədə isə BDU-nun nəzdində fəaliyyət göstərən Bakı Türk liseyi yer alıb. Həmin liseydə imtahanda iştirak edən 181 şagirdin orta balı 90,93 faiz olub.

Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyində imtahanda iştirak edən 55 şagirdin orta balı 88,67 faiz olub.

Kimya-biologiya təmayüllü liseyində imtahanda iştirak edən 71 şagirdin orta balı 88,24 faiz olub.

Zaqatala rayonu Humanitar təmayüllü gimnaziyasında imtahanda iştirak edən 20 şagirdin orta balı 84,75 faiz olub.

ADA Universitetinin nəzdində “ADA” məktəbində imtahanda iştirak edən 152 şagirdin orta balı 82,96 faiz olub.

Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyində imtahanda iştirak edən 44 şagirdin orta balı 82,94 faiz olub.

Akademik Z. Əliyeva adına liseyində imtahanda iştirak edən 232 şagirdin orta balı 82,91 faiz olub.

Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyində imtahanda iştirak edən 49 şagirdin orta balı 82,78 faiz olub.

Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyada imtahanda iştirak edən 36 şagirdin orta balı 82,44 faiz olub.

Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyində imtahanda iştirak edən 40 şagirdin orta balı 81,44 faiz olub.

Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyində imtahanda iştirak edən 27 şagirdin orta balı 79,87 faiz olub.

Zaqatala rayonu Texniki fənlər liseyində imtahanda iştirak edən 23 şagirdin orta balı 76,91 faiz olub.

Şəki şəhər Kimya-biologiya təmayüllü Respublika liseyində imtahanda iştirak edən 60 şagirdin orta balı 76,32 faiz olub.

Lənkəran rayonu Veravul kənd 1 nömrəli tam orta məktəbində imtahanda iştirak edən 12 şagirdin orta balı 76,22 faiz olub.

Bakı şəhəri Texniki humanitar liseyində imtahanda iştirak edən 150 şagirdin orta balı 74,77 faiz olub.

Naxçıvan şəhər Qızlar liseyində imtahanda iştirak edən 45 şagirdin orta balı 74,73 faiz olub.

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində imtahanda iştirak edən 61 şagirdin orta balı 73,88 faiz olub.

Şərur rayonu Fizika-riyaziyyat təmayüllü liseyində isə imtahanda iştirak edən 37 şagirdin orta balı 71,52 faiz olub. /AzEdu.az/