Bu ay 8 gün İŞ OLMAYACAQ

Bu ay 8 gün İŞ OLMAYACAQ
SOSİAL

01 mart 2019, 11:10

Mətn ölçüsü

Azərbaycanda mart ayının gəlişi həm də tətil ab-havası deməkdir. 

News24.az xəbər verir ki, mart ayında Beynəlxalq Qadınlar günü və Novruz bayramı ilə əlaqədar 8 qeyri-iş günü olacaq.

Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək.

Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq. İş günü 27 martdan hesablanacaq.

Bu barədə Baş nazir Novruz Məmmədov hələ ötən il dekabrın 19-da sərəncam imzalayıb.