Azərbaycanda ilk dəfə ürək xəstələri üçün məktəb yaradılıb
    • 1-03-2019, 17:40
    • 782

Azərbaycanda ilk dəfə ürək xəstələri üçün məktəb yaradılıb

Azərbaycan Respublikasında ilk dəfə olaraq Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu nəzdində xroniki ürək çatışmazlığı xəstələri və onların qohumları üçün geniş reabilitasiya proqramı başlanılıb. Bu xəstələr üçün məktəb yaradılıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.Az-a məlumat verilib.
 
Məlumatda bildirilir ki, dərslərdə xəstəliyin səbəbləri, simptomları, düzgün həyat tərzinin aparılması və vəziyyətlərinə uyğun pəhrizin saxlanılması yolları izah olunur.
 
Proqrama kliniki kardioloqlar, psixoloqlar,reabilitoloqlar, diyetoloqlar, endokrinoloqlar cəlb olunub.