Fazil Məmmədovdan son xəbər
    • 25-07-2018, 16:24
    • 960

Fazil Məmmədovdan son xəbər

Sabiq vergilər naziri Fazil Məmmədov müalicə aldığı Türkiyədəki “American Hastahanesi”ndən evə buraxılıb.

News24” Modern.az-a istinadən xəbər verir ki, müalicəsi uğurla başa çatdırılan sabiq nazirin səhhəti tam normallaşıb. Amma F.Məmmədov hələlik Azərbaycana dönməyib. Onun hazırda İstanbulda olduğu və istirahət etdiyi bildirilir.

Qeyd edək ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

NEWS24