Səhiyyə Nazirliyi: İki nəfər xəstəxanaya gətirildikdən sonra ölüb
    • 6-03-2019, 10:16
    • 1 116

Səhiyyə Nazirliyi: İki nəfər xəstəxanaya gətirildikdən sonra ölüb

Bakıda məcburi köçkünlərin yataqxanasında baş vermiş yanğın nəticəsində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stanasiyasına 22 müraciət daxil olub.

Səhiyyə Nazirliyindən News24.Az-a verilən məlumata görə, 2 nəfər xəstəxanaya gətirildikdən dərhal sonra ölüb. Nazirlikdən bildirilib ki, yaralıların əksəriyyəti 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb:
“8 nəfərə hadisə yerində yardım göstərilib, 14 nəfər 1 saylı Klinik Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Onlardan 5 nəfəri hospitalizasiya edilib və vəziyyətləri orta ağır qiymətləndirilir. Digərləri ambulator qaydada yardım göstərildikdən sonra evə buraxılıb”.