Metroda oğurluq edən şəxs yaxalanıb
    • 7-03-2019, 11:48
    • 1 006

Metroda oğurluq edən şəxs yaxalanıb

Martın 5-i metronun "Nizami" stansiyasında oğurluq hadisəsi qeydə alınıb.

DİN Mətbuat Xidmətindən News24.Az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 5-də metronun “Nizami” stansiyasının platformasında içərisində 46 manat pulu və sənədi olan pulqabısının oğurlandığını bildirmişdir. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Q.Salmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.                                                                                                      

Araşdırma aparılır.