AzTV tamaşaçıları belə təəccübləndirir - FOTO
    • 11-03-2019, 14:51
    • 1 520

AzTV tamaşaçıları belə təəccübləndirir - FOTO

Bir müddət əvvəl Azərbaycan Dövlət Televiziyasında (AzTV) baş verən kadr dəyişikliyi öz müsbət effektini göstərməkdədir.

Buna misal olaraq, son zamanlar telekanalda yayımlanan verilişlərin qonaqlarını, dekorasiyasını göstərmək olar.

Xədicə Sənanqızının aparıcılığı ilə yayımlanan “Gün başladı” verilişi dekorasiyası ilə diqqət çəkdiyi qədər qonaqları ilə də maraq doğurub. İllərdir AzTV ekranında görməyə alışmadığımız simalar vaxtaşırı qonaq qismində iştirak edirlər.

Digər məqam isə uzun müddətdir xəbər yüklü missiyasını yerinə yetirən kanal kadr dəyişikliyindən sonra daha çox gənc nəsilə önəm verməyə çalışır. Artıq gənclərin üstünlük verdiyi ifaçılar Səmra Rəhimli, Eldar Qasımov, Nigar Camal, Samirə Əfəndi, stilist Anar Ağakişiyev və başqaları AzTv-nin verilişlərində qonaq olublar. Bununla yanaşı, AzTV illərdir sənətdə olan məşhur simaları da proqramlarında qonaq etməkdədir.

Yeniliklərlə bağlı gələcək planları öyrənmək istəsək də, AzTV-nin bədii rəhbəri Ranar Musayev danışmaq istəmədi. Gözlənilənlərlə bağlı heç bir açıqlama verməyib “dediklərimi təhrif edərək yazırlar” deyərək kifayətləndi.

P.S. Ümid edirik ki, Azərbaycan Dövlət Televiziyası bu gedişatla öz stereotiplərini qırmaqda davam edəcək.   

Teymur MƏMMƏDOV