Aydın Mirzəzadə 5-ci mərtəbədən yıxılan qızı ziyarət edib

Aydın Mirzəzadə 5-ci mərtəbədən  yıxılan qızı ziyarət edib
SOSİAL

12 mart 2019, 17:58

Mətn ölçüsü

“Dünən Mingəçevir şəhərində beşinci mərtəbənin balkonundan yıxılan 18 yaşlı Səbinə Qarayeva Bakıya gətirilərək, 1 saylı Kliniki Tibbi Mərkəzə köçürülüb". 

News24.Az xəbər verir ki, bu barədə  deputat Aydın Mirzəzadə məlumat verib. Məlumatda bildirilir ki, Səbinə Qarayeva dünən axşam saatlarında Səhiyyə Nazirliyinin dəstəyi ilə Bakıya gətirilib:
“Bu gün Səbinəni ziyarət etdim. Baş həkim Ədalət həkimlə danışdım. Hazırda qızın vəziyyəti stabildir. Hər gün huşu daha çox aydın olur. Ciddi zədələnməsi yoxdur. Xəstə gün boyu ciddi həkim nəzarətindədir”.

Deputat qeyd edib ki, xəstəxanada olduğu müddətdə Səbinənin atası və yaxın qohumu ilə də görüşüb. Görüş zamanı A. Mirzəzadə xəstəxananın tibbi personalına qayğıya və professionallığa görə təşəkkür edib.

Sevinc YASİNQIZI