Astarada iribuynuzlu heyvanlarda xəstəlik aşkar edilib
    • 12-03-2019, 19:03
    • 940

Astarada iribuynuzlu heyvanlarda xəstəlik aşkar edilib

Astarada iribuynuzlu heyvanlarda xəstəlik aşkar edilib.

News24.Az ONA-ya istinadən bildirir ki, rayonun Şüvü kənd sakini Şaban Məmmədova məxsus fermer təsərrüfatında 2 baş iribuynuzlu heyvanda brusellyoz xəstəliyi aşkar olunub. Təsərrüfat sahibinin hər iki heyvanı kəsilərək baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib və ərazidə dezinfeksiya işləri aparılıb. Heyvanlarda tapılan xəstəliyə görə təsərrüfat sahibinə 3000 manata yaxın maddi ziyan dəyib.
Ötən ay ərzində Astara rayon Baytarlıq İdarəsi tərəfindən 1700-ə yaxın heyvandan götürülən qan nümunələri Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Regional Sınaq Laboratoriyasında yoxlanılıb. Astarada 8000 baş heyvanın yoxlanılması nəzərdə tutulub.
Qeyd edək ki, ötən ilin avqust ayında Ş.Məmmədovun təsərrüfatında 78 baş iribuynuzlu heyvan tələf olub.