Sel fəlakəti: 50 ölü, 59 yaralı
    • 17-03-2019, 20:43
    • 888

Sel fəlakəti: 50 ölü, 59 yaralı

İndoneziyanın Papua əyalətində sel fəlakəti meydana gəlib.

News24.Az
publika.az-a istinadən xəbər verir ki, şiddətli yağışlardan sonra meydana gələn fəlakət nəticəsində ən az 50 nəfər həlak olub. Yaralanan 59 nəfər təcili xəstəxanalara yerləşdirilib. İlkin məlumata görə, itkin düşənlər də var. Onların xilas edilməsi üçün axtarış-xilasetmə qrupları fasiləsiz olaraq işləyir.
Musson yağışlarının təsirində olan və tropik bölgədə yerləşən İndoneziyada tez-tez su basqınları və torpaq sürüşmələri meydana gəlib.