Umayra Tağıyeva: “Bayram günlərində hava xoş olacaq”
    • 18-03-2019, 13:29
    • 919

Umayra Tağıyeva: “Bayram günlərində hava xoş olacaq”

Bayram günlərində hava xoş olacaq. Bunu News24.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, martın 19-u axşama cənub küləyinin sürəti azalacaq: “Bu gün ərzində güclü şimal küləyi davam edəcək. Küləyin maksimal sürəti saniyədə ara bir 26-28 metr təşkil edəcək. Martın 19-da günün birinci yarısı axşama qədər şimal küləyi müşahidə olunacaq. Küləyin sürəti 15-20, ani maksimal sürətin isə saniyədə 23 metrə qədər olması gözlənilir. Amma 19-u axşama doğru külək mülayimləşəcək. Küləyin sürəti azalacaq”. 

Umayra Tağıyeva bayram günlərində küləyin olmayacağını, havanın xoş olacağını qeyd edib: “Martın 20-də güclü külək gözlənilmir. Martın 21-i və 22-də isə hava çox yaxşı olacaq”. 

Sevinc YASİNQIZI