Sabah 124 min şagird birinci sinfə gedəcək

Sabah 124 min şagird birinci sinfə gedəcək Sosial

“2026-2027-ci tədris ilində təqribən 2,2 milyon nəfər təhsil alacaq”.

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, 124 min şagird birinci sinfə gedəcək: “Təhsil alanların 1,6 milyonu ümumi təhsil müəssisələrində, 260 min nəfəri ali məktəblərdə, 226 min nəfər isə məktəbəqədər təhsil müəssisələrində oxuyacaqlar”.