“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
SOSİAL

19 mart 2019, 10:02

Mətn ölçüsü

“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək.

Bu barədə News24.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Birlikdən deyilib ki, Novruz bayramı münasibəti ilə martın 20-dən 26-na kimi gücləndirilmiş iş rejimində işləyəcək: “Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və dayanıqlı təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək.

Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

Bayram günlərində qəza halları istisna olmaqla, təbii qaz təchizatını məhdudlaşdıracaq planlı işlərin görülməsi nəzərdə tutulmur”.

“Azəriqaz” İstehsalat Birliyindən qeyd edilib ki, bütün təbii qaz istehlakçılarını bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.