Prezident İlham Əliyev Novruz bayramı şənliyində iştirak edib - FOTO - VİDEO - YENİLƏNİB

Prezident İlham Əliyev Novruz bayramı şənliyində iştirak edib - FOTO - VİDEO - YENİLƏNİB
SOSİAL

19 mart 2019, 17:50

Mətn ölçüsü

Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu gün paytaxtda təşkil olunmuş ümumxalq Novruz bayramı şənliyində iştirak ediblər.

News24.az
bayramdan çəkilmiş fotoları təqdim edir:



***13:37

Dövlət başçısı və xanımı Karvansarayda İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxıblar.

News24.az
xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbət ediblər.
“Səma” uşaq rəqs ansamblının çıxışını izləyən dövlət başçısı və xanımı ansamblın üzvləri ilə xatırə şəkli çəkdiriblər.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Qız qalasının qarşısındakı meydanda Novruz tonqalını alovlandırıb.



***12:14

Daha sonra dövlət başçısı və xanımı İçərişəhərə gələrək burada “Bahar qalası” festivalı ilə tanış olublar.

News24.Az
xəbər verir ki, Bahar qız dövlət başçısına bayram xonçası təqdim edib.
Ulu Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.
Novruz bayramının əsas personajları olan Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bahar qalası” festivalı çərçivəsində yarmarka ilə tanış olublar.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları göstərdiyi diqqət və qayğıya görə Prezidentə təşəkkür ediblər.
Azərbaycan Prezidenti və xanımı Müasir İncəsənət Mərkəzində olublar.
Bayram şənliyi davam edir.



***11:43

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.

News24.az bildirir ki, zərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hazırda paytaxtda təşkil olunmuş Novruz şənliyində iştirak edirlər.
Dövləti başçısı və xanımı Bakının Fəvvarələr meydana gəliblər. Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyev sakinlərlə söhbət edib. Sonra Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib. Ardandın Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada “Novruz” yarmarkası ilə tanış olublar.
Bayram şənliyi davam edir.

Instagram