Bakıda kafedə yanğın - 12 nəfər təxliyə olundu
    • 20-03-2019, 11:35
    • 1 100

Bakıda kafedə yanğın - 12 nəfər təxliyə olundu

Bakı şəhərinin Nəsimi rayonunda kafe yanıb.

Qeyd olunan rayonda  beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 100 m² olan kafenin 2 otağının taxtadan ibarət üzlüyü 10 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 100 m² sahədə əriyib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə,, yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.