Danimarkada Qurani-Kərimi yandırdılar - VİDEO
    • 23-03-2019, 15:07
    • 2 310

Danimarkada Qurani-Kərimi yandırdılar - VİDEO

Bu gün Danimarkanın Parlament binası qarşısında Yeni Zelandiyada törədilən terror aktına etiraz olaraq bir qrup müsəlman mitinq keçirib.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, icazəli mintinqin sonunda etirazçılar Cümə namazı qılıblar.

Bunu görən radikal anti-islamçılar namaza mane olmaq istəyiblər. Miqrant və İslam əleyhinə sərt hərəkatın lideri Rasmus Paludan Qurani-Kərimi yandırıb.  

Baş verən hadisə ilə bağlı 6 nəfər saxlanılıb.