Əmək və sosial müdafiə sahəsində çalışanlar üçün dil kursları təşkil olunub
    • 26-03-2019, 15:39
    • 580

Əmək və sosial müdafiə sahəsində çalışanlar üçün dil kursları təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əməkdaşların bilik və bacarıqlarının artırılması istiqamətində aparılan işlərin tərkib hissəsi kimi onların xarici dil biliklərinin artırılmasına da xüsusi önəm verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, bu məqsədlə nazirlikdə ixtisaslaşmış təşkilat tərəfindən ingilis dilində müxtəlif səviyyələr üzrə üç aylıq kurslar təşkil olunub.

Əməkdaşlar xarici dil biliklərini artırmaları üçün bu kurslara cəlb ediliblər. Üç qrup üzrə təşkil olunan kurslar peşəkar xarici dil mütəxəssisləri tərəfindən aparılır. Belə kursların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

Müasir bilik və bacarıqlara, geniş dünyagörüşünə malik əməkdaşların xarici dillərə yiyələnmələri onların öz fəaliyyətlərini daha səmərəli qurmalarına, müvafiq sahədə beynəlxalq təcrübələri fəal şəkildə mənimsəmələrinə imkan yaradır.