Azərbaycanda 53 məktəbə yeni direktor TƏYİN OLUNDU

Azərbaycanda 53 məktəbə yeni direktor TƏYİN OLUNDU
SOSİAL

28 mart 2019, 14:56

Mətn ölçüsü

Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələri açıqlanıb. Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, nəticələrə əsasən, 53 nəfər namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar aprelin 1-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqədə 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər namizəd fevralın 25-dən, 28 namizəd isə martın 4-dən  müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Sözügedən müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 185 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib.