Nazir Azad Rəhimov vətəndaşlarla görüşüb - FOTO

Nazir Azad Rəhimov vətəndaşlarla görüşüb - FOTO
SOSİAL

29 mart 2019, 13:04

Mətn ölçüsü

Gənclər və idman naziri Azad Rəhimov bu gün Mingəçevir şəhərində Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonlarından olan vətəndaşları qəbul edib. 

Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 26 nəfər vətəndaş dinlənilib.

Onlardan 5 nəfəri gənclər, 11 nəfəri idman sahəsi, digərləri isə, “Gənclər evi”, Olimpiya İdman Kompleksləri,eyni  zamanda, digər  idman  qurğularının  tikintisi və təmiri , idman avadanlıqlarının verilməsi, ipoteka krediti və iş ilə bağlı müraciətlər olub.

Müraciətlərin  bir  qismi yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayanların isə  qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.

Bir  qisim müraciət  isə  baxılması  üçün  icraya  yönəldilib.