Təbiətə 9080 manat dəyərində ziyan vuran şəxs cəzalanıb
    • 1-04-2019, 10:18
    • 833

Təbiətə 9080 manat dəyərində ziyan vuran şəxs cəzalanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu Kələdəhnə yaşayış massivində köküstə yaş 8-40 sm diametrliyində  müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib.

ETSN-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların Astara şəhər sakini Mahir Məmmədov tərəfindən kəsildiyi və təbiətə 9080 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı təqsirkar şəxs barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Astara rayon Prokurorluğuna  göndərilib.