10 mindən çox ağac tingi 5 rayonda əkiləcək
    • 2-04-2019, 16:10
    • 738

10 mindən çox ağac tingi 5 rayonda əkiləcək

Bu gün ümumilikdə 10 mindən çox ağac tingi paytaxtın Nəsimi, Binəqədi, Yasamal rayonlarında, bölgələrdə isə Gəncə və Şəkidə əhaliyə paylanıldı  və mütəxəssislərimiz tərəfindən ağacların əkilməsi, onlara qulluq göstərilməsi qaydaları vətəndaşlara izah olunub.

News24.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

"Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiyanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaqdır.

Qeyd edim ki, ilk dəfə ağac paylama aksiyası payız ağacəkmə kampaniyası zamanı təşkil olundu və əhali tərəfindən çox sevinclə qarşılandı. Bunu nəzərə alaraq aksiyanı yenidən davam etdirməyi qərara aldıq.

Ümumilikdə yaz ağacəkmə kampaniyası çərçivəsində 50 000-dən çox ağac tinginin paylanması nəzərdə tutulub. Ağac tingləri Nazirliyin tinglik sahələrində yetişdirilir.