Bakıda məşhur parkda ağacları qırıb bina tikdilər - FOTO
    • 10-04-2019, 14:25
    • 798

Bakıda məşhur parkda ağacları qırıb bina tikdilər - FOTO

Binəqədi rayonu ərazisində yerləşən Ayna Sultanova parkında ağaclar kəsilib. News24.az-ın məlumatına görə, Ayna Sultanovanın heykəlinin arxasındakı ağaclıq sahə hasara alınandan sonra orada yeni bina tikilir. Artıq binanın 2 mərtəbəsi ucaldılıb.

Tikilinin hansı təyinatla tikildiyi məlum deyil. Ərazidən çəkilmiş fotonu təqdim edirik.