Bu ərazilərdə bu gün su olmayacaq XƏBƏRDARLIQ
    • 10-04-2019, 14:38
    • 1 174

Bu ərazilərdə bu gün su olmayacaq XƏBƏRDARLIQ

Bu gün Bakının bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Bakı şəhəri Suraxanı rayonu ərazisində magistral xətlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar 10 aprel 2019-cu il tarixdə gün ərzində Yeni Günəşli yaşayış massivinə, Suraxanı və Qaraçuxur qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.  

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.