Sabah bu ərazilərdə İŞIQ OLMAYACAQ XƏBƏRDARLIQ
    • 15-04-2019, 17:14
    • 1 700

Sabah bu ərazilərdə İŞIQ OLMAYACAQ XƏBƏRDARLIQ

Aprelin 16 və 17-si tarixlərində bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən News24.az-a verilən məlumata görə, iki gün ərzində saat 10.30-dan 15.30-dək Masazır Yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.