Nazir Biləsuvarda vətənaşlarla görüşüb

Nazir Biləsuvarda vətənaşlarla görüşüb
SOSİAL

18 aprel 2019, 12:05

Mətn ölçüsü

Aprelin 18-də gənclər və idman  naziri Azad Rəhimov Biləsuvar rayonunda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından  olan vətəndaşları qəbul edib.

News24.az xəbər verir ki, qəbulda 19  nəfər vətəndaş  iştirak  edib.

Müraciətlər gənclər və idman sahələri,“Gənclər evi”nin fəaliyyəti,  Olimpiya  İdman  Komplekslərinin, eyni zamanda, digər  idman  qurğularının  tikintisi  və  təmiri, idman  avadanlığının  verilməsi ilə bağlı olmuşdur. 

Bunula yanaşı, vətəndaşlar şəxsi məsələ,   fəxri adların və məşqçilik dərəcələrinin verilməsi  ilə bağlı  da müraciət ediblər. 

Müraciətlərin bir qismi yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilmiş, bir qismi isə baxılması üçün icraya yönəldilib.