Bu gün dövlət qulluğuna qəbul imtahanında 1754 namizəd iştirak edir

Bu gün dövlət qulluğuna qəbul imtahanında 1754 namizəd iştirak edir
SOSİAL

21 aprel 2019, 12:56

Mətn ölçüsü

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir. DİM-dən News24.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində təşkil olunur. İmtahanada iştirak etmək üçün BA qrupu üzrə 444, BB qrupu üzrə 1310, ümumilikdə isə 1754 namizəd qeydiyyatdan keçib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. İmtahanların idarə olunmasına 5 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 164 nəzarətçi müəllim, 5 bina nümayəndəsi ayrılıb. 

Afaq Mirayiq