Bu gün Bakının bu ərazisində su olmayacaq - RƏSMİ
    • 24-04-2019, 10:30
    • 1 116

Bu gün Bakının bu ərazisində su olmayacaq - RƏSMİ

Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkının yenidən qurulması layihəsi çərçivəsində ərazidə yeni su xətləri çəkilir.

“Azərsu” ASC-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə,  bununla əlaqədar aprelin 24-də gün ərzində Nərimanov rayonunun Atatürk parkına yaxın ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.  

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.