Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub, azı 10 nəfər xəsarət alıb

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub, azı 10 nəfər xəsarət alıb
SOSİAL

27 aprel 2019, 19:56

Mətn ölçüsü

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

News24.az "Report"a istinadla  xəbər verir ki, hadisə aeroport yolunda, "Buta Palace" yaxınlığında qeydə alınıb.

Belə ki, Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 171 saylı sərnişin avtobusu zibil daşyan avtomobillə toqquşub. Hadisə nəticəsində avtobusun azı 10 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.  

Qeyd edək ki, daha əvvəl də 171 saylı sərnişin avtobusu"Mercedes"lə toqquşub .