Ramazan ayı başlayır - FƏTVA
    • 29-04-2019, 12:17
    • 1 275

Ramazan ayı başlayır - FƏTVA

Azərbaycanda Ramazan ayı mayın 6-da başlayır. Niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

News24.az ONA-ya istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan ayı ilə bağlı verdiyi fətvada bildirilib.
Fətvaya əsasən, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək. QMİ-nin . Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq, fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.
 
Ramazan bayramı isə iyunun 5-6-a təsadüf edir.