Vətəndaşlara ŞAD XƏBƏR: Hər kəs qaz limitinə nəzarət edə biləcək
    • 3-05-2019, 13:00
    • 1 341

Vətəndaşlara ŞAD XƏBƏR: Hər kəs qaz limitinə nəzarət edə biləcək

Artıq vətəndaşlar qaz limitinə özləri nəzarət edə biləcək.

News24.az-ın məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev bu gün keçirilən müşavirədə bildirib ki, yaxın 5-10 gün ərzində ödəniş bildirişlərində vətəndaşın ilin əvvəlindən işlətdiyi qazın miqdarı göstəriləcək.  

O, qeyd edib ki, vətəndaşlar ödəniş bildirişləri vasitəsilə qazın limitinə nəzarət edə biləcəklər: "Əvvəllər vətəndaşlar qaz limitinin keçib-keçməməsinə nəzarət edə bilmirdilər. Bu baxımdan, ödəniş zamanı müəyyən problemlər yaşanırdı. Ödəniş bildirişinin tətbiqi nəticəsində vətəndaş qaz limitinə nəzarəti həyata keçirəcək".