Bu xəstəliklərin 75 faizi qida, 18 faizi infeksiyadan yaranır” - BAŞ PEDİATRDAN XƏBƏRDARLIQ

Bu xəstəliklərin 75 faizi qida, 18 faizi infeksiyadan yaranır” - BAŞ PEDİATRDAN XƏBƏRDARLIQ
SOSİAL

07 may 2019, 13:27

Mətn ölçüsü

Son zamanlar insanlararasında qarın işləmə-qusma virusunun artdığı bildirlir. Bu xəstəlikdən əziyyət çəkənlər arasında uşaqlar daha çoxluq təşkil edir və valideynlər övladlarının xəstəliyə müqavimət göstərə bilmədiklərindən narahatlıqlarını bildirirlər.

K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev bu mövzu ilə bağlı News24.az-a müsahibə verib.  

-     Nəsib bəy, bu viruslarla bağlı müraciət edənlər çoxdurmu? 

-     Müraciətlər var, amma epidemiya şəklində deyil. 

-     Xəstəliyin yaranmsının əsas səbəbi nədir?

-    Qusma və ishal hallarından müşahidə olunan infeksiyaları daha çox rotaviruslar törədir. Bu da dünyanın hər yerində mövcuddur. Rotaviruslar mədə-bağırsağ pozğunluqlarından, qasterintlərlə özünü büruzə verir. Uşaqlarda qusma-ishalla gedən mədə-bağırsaq pozuntularının 75 faizi qida mənşəli olur. 18 faizə yaxını isə infeksiyadır. Bu məsələdə ilk olaraq uşaqların qidlarına diqqət etmək lazımdır. 

- Belə virus-infeksiyalarına yoluxmamaq üçün hansısa tibbi üsul varmı? 

-    Viruslara, daha doğrusu, rotaviruslara qarşı bəzi ölkələrdə artıq peyvənd tətbiq olunur. Amma peyvəndin bir qorxulu tərəfi var ki, uşaqlarda çox az hallarda da olsa, inlagenasiya, yəni bagırsaq keçməzliyi törədir. Peyvənd olunandan sonra virus bağırsaqlarda çoxalır və onun hərəkətliliyi artır, nəticədə bir-birinə pərçim olur. Buna bəzən kəskin bağırsaq inlogenasiyası deyirlər. Bu istiqamətdə təkmilləşdirilmə aparılır. Yəqin ki, gələcəkdə biz təkmilləşmiş peyvəndlər alacağıq.  Artıq suçiçəyinə və rotavirus infiksiyasına qarşı peyvəndlərin  hazırlanma işləri aparılır. Amma bu, növbəli şəkildə olacaq. 

Virusa yoluxduqda…

-     Bu virusa yoluxmuş insan nə etməlidir? 


-     İlk olaraq itirilmiş mayeni bərpa etmək lazımdır. Böyüklərə də, uşaqlara da fasilələrlə maye içirmək lazımdır. Bu xəstəlikdə ağırlaşma, konkret infeksiya və yaxud qida səbəbindən daha çox susuzluq üzündən baş verir. Bu zaman “Rehidron” məhlulunu suya qarışdırlıb içmək lazımdır. Amma bunu tibb mütəxəssisi eləməlidir. Həkimlər arasında belə bir deyim var, “müalicə xəstəliyə görə yox, xəstəyə görə aparılır”. Yəni on adam sətəlcəm tutsa da, onların müalicəsi fərqli aparılır.   

-     Nəsib bəy, son zamanlar bu virusların dərmanların satılması üçün süni olaraq hazırlanıldığı deyilir…


-     Azərbaycanda heç vaxt belə bir şey ola bilməz. Məncə, bu, şayədir. Amma dünyada biloji silah adlı belə hallar var. 

Yediyiniz qidalara diqqət edin!


-     Bəs, ev şəraitində insanlar bu viruslardan necə qorunmalıdırlar? 

-     Ilk olaraq insan yediyi qidalara diqqət etməlidir. Bütün bəlalaların kökü əllərin çirkli olması ilə başlayır. Əllər tez-tez yuyulmalıdır. Eyni zamanda, dünyada çox yoxlamalar aparıblar. Bu xəstəlikdən qorunmağın əsas yolu ancaq təmiz sudan istifadə etməkdir. Amerkalılar 2010-cu ildə bir araşdırma apardılar. Müəyyən etdilər ki, 20-ci əsrdə tibbin ən böyük zəfəri peyvənd olub. Nə antibiotik, nə cərrahiyyə, nə də digər müalicələr, yox, məhz peyvənd! Onlar müqayisə apardılar ki, görəsən, peyvənddən güclü nədir? Araşdırma nəticəsində qəti fikrə gəldilər ki, yer kürəsindəki bütün insanlar təmiz sudan istifadə etsəydilər, onun effekti peyvənddən üstün olardı. Qısası, əllərinizi yuyun, düzgün qidalanın, təmiz su için.  

Afaq Mirayiq