Sabah bu yollar bağlanacaq - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
    • 9-05-2019, 14:04
    • 1 480

Sabah bu yollar bağlanacaq - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Sabah bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

News24.az xəbər verir ki, mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə Fəxri Xiyabanı ziyarətlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Məlumata görə, sabah Fəxri Xiyaban istiqamətində hərəkət edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Səhər saatlarından etibarən tədbir tam başa çatanadək Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq istiqaməti dəyişdiriləcək.

Sürücülərin və avtomobil sahiblərinin bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etmələri, tədbirə qatılmaq istəyənlərin isə  ictimai nəqliyyat vasitələri, tövsiyə olunub.