"Azərbaycan dili” fənni üzrə ikinci imtahana qeydiyyat başa çatır

"Azərbaycan dili” fənni üzrə ikinci imtahana qeydiyyat başa çatır
SOSİAL

14 may 2019, 09:36

Mətn ölçüsü

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün “Azərbaycan dili” fənni üzrə ikinci imtahana qeydiyyat başa çatır.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən xəbərə görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 5-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət  alan abituriyentlər bu gün saat 23.59-dək qeydiyyatdan mayın 26-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak etməlidirlər.

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. “Azərbaycan dili” fənni üzrə ikinci imtahan mayın 26-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Mayın 5-də keçirilən imtahanda iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan cari ilin 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların birinci imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.