"Təcili yardım maşınında qəzaya düşənlərin vəziyyəti ağırdır"

"Təcili yardım maşınında qəzaya düşənlərin vəziyyəti ağırdır"
SOSİAL

14 may 2019, 12:55

Mətn ölçüsü

Ötən gün qəzaya uğrayan təcili tibbi yardım işçilərinin vəziyyəti ağırdır.

Bu barədə News24.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində təcili tibbi yardım maşını qəzaya uğrayıb və xəsarət alan 3 nəfər Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

 Nazirlikdən News24.az-a verilən məlumata görə, hadisə nəticəsində ikisi qadın, biri kişi olmaqla, 3 nəfər tibb işçisi xəsarət alıb. Hazırda qadının vəziyyəti agır, digər iki nəfərin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir”. 


Afaq Mirayiq