Bərdədə birmərtəbəli ev yanıb
    • 18-05-2019, 11:22
    • 965

Bərdədə birmərtəbəli ev yanıb

Bərdədə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, rayonun Şatırlı kəndində ümumi sahəsi 35 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.