Bazar gününün havası açıqlandı
    • 25-05-2019, 14:33
    • 842

Bazar gününün havası açıqlandı

Bazar gününə olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometrologiya Departamentindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, axşam isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 17-20° isti, gündüz  24-27° isti, Bakıda gecə 18-20° isti, gündüz  24-26°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət   gecə 65-75 %, gündüz 50-60 % olacaq.    

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz  28-33° isti, dağlarda gecə 9-14° isti,  gündüz 15-20°  isti təşkil edəcək.