Bu tarixlərdə Bakıda içtimai nəqliyyat bu şəxslər üçün pulsuz olacaq
    • 25-05-2019, 18:55
    • 930

Bu tarixlərdə Bakıda içtimai nəqliyyat bu şəxslər üçün pulsuz olacaq

Bakıda keçiriləcək Futbol üzrə UEFA Avropa Liqasının final oyunu ərəfəsində akkreditasiya olunmuş şəxslər 25-30 may tarixləri arasında ictimai nəqliyyatdan və biletli azarkeşlərin isə mayın 28, 29 və 30-da kart sistemi ilə işləyən marşrutlarda ödənişsiz şəkildə istifadə edə biləcəklər.

News24.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərrinə görə, oyun günü ictimai nəqliyyat gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərəcək. Eləcə də, çarter reysi ilə gələn Arsenal və Çelsi azarkeşlərinin "Terminal-1" və "Terminal-2" ərazisindən müvafiq olaraq Bakı Olimpiya Stadionuna və Bakı Nəqliyyat Agentliyinin Depo-2 ərazisinə təqdim edilən siyahıya uyğun olaraq daşınması AFN transport şirkəti tərəfindən həyata keçiriləcək və koordinasiya olunacaq.