Aprelin 28-də keçirilən imtahanların nəticələri açıqlanıb

Aprelin 28-də keçirilən imtahanların nəticələri açıqlanıb
SOSİAL

29 may 2019, 16:54

Mətn ölçüsü

Dövlət İmtahan Mərkəzi (DİM) əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsinin, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının nəticələrini elan edib.
DİM-dən News24.az-a verilən məlumata görə, aprelin 28-də imtahan verən həmin şəxslər iş nömrəsini  7727-ə göndərməklə nəticələrlə tanış ola bilər. 

Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytına da yerləşdiriləcək.