Azərbaycan Dəmir Yolları QSC: “ Dairəvi dəmir yolunun 107 kilometri yenidən qurulacaq”

Azərbaycan Dəmir Yolları QSC: “ Dairəvi dəmir yolunun 107 kilometri yenidən qurulacaq”
SOSİAL

29 may 2019, 18:35

Mətn ölçüsü

“Yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xəttindəki qısa gecikmələr texniki səbəblərlə bağlı olub”. 

Bunu News24.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova bildirib. 

O, Bakının digər kəndlərinə qatarların bərpa olunması məsələsinə də aydınıq gətirib: “Hələlik Bakı dairəvi dəmir yolunun Bakı sərnişin-Sabunçu hissəsi istifadəyə verilib. Dairəvi dəmir yolunun 107 kilometrinin yenidən qurulması nəzərdə tutulur. Genişləndirmə işləri Bakı-sərnişin, Nərimanov, Keşlə, Koroğlu dayanacağı, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı, Goradil, Fatmayi, Saray və Sumqayıt istiqamətində olacaq. 

Bakıxanovdan Sumqayıt istiqamətinə gedən qatarların bərpasına gəlincə, dairəvi yol tam hazır olduqdan sonra da elektrik qatarları axıra kimi hərəkət edəcək”.

Afaq Mirayiq