Bakı metrosundan bir gündə rekord sayda sərnişin istifadə etdi - 761 717 nəfər
    • 30-05-2019, 19:19
    • 1 035

Bakı metrosundan bir gündə rekord sayda sərnişin istifadə etdi - 761 717 nəfər

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mayın 29-da 761 717 nəfər sərnişin daşıyıb. 
News24.az Report-a istinadən xəbər verir ki, bunu qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, bu adi günlərə nisbətən 171 717 nəfər, yaxud 29,1% çoxdur. Qeyd edək ki, Bakı metrosu ilə gün ərzində orta hesabla 590-600 min civarında sərnişin daşınır.

Qurum sözçüsü saat 00:00 - 04:00 arasındakı gücləndirilmiş iş rejimi müddətində də daşınan sərnişinlərin sayını açıqlayıb. Bu vaxtlarda metrodan 43 529 sərnişin istifadə edib.

Xatırladaq ki, dünən Bakıda UEFA Avropa Liqasının finalı keçirilib.