Metroda intihar edən qadının vəziyyəti ilə bağlı Səhiyyə Nazirliyindən - AÇIQLAMA
    • 31-05-2019, 11:41
    • 924

Metroda intihar edən qadının vəziyyəti ilə bağlı Səhiyyə Nazirliyindən - AÇIQLAMA

28 may» metrostansiyasında intihara cəhd edən 54 yaşlı qadın sol pəncə darağının və sol saitin əzilməsi diaqnozu ilə Elmi Tədqiqat Travmatologiya  və Ortopediya İnstitutuna aparılıb. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News 24.az-a verilən məlumata görə, hazırda Asiya Əmirovaya tibbi yardım göstərilir: «Həyati təhlükəsi yoxdur».

Qeyd edək ki,  səhər saat 9:35-də Asiya Əmirova metroda intihara cəhd edib.  54 yaşlı qadın relslərin arasında çıxarılıb. Hazırda qatarların hərəkəti bərpa olunub.

Afaq Mirayiq