"Liatris Holding"in 1 yaşı tamam oldu
    • 1-06-2019, 20:07
    • 1 572

"Liatris Holding"in 1 yaşı tamam oldu

Bu gün "Liatris Holding"in 1 yaşı tamam olur.

 Bir il bundan əvvəl fəaliyyətə başlayan "Liatris Holding"in nəzdində "Liatris Travel"(Bakı və İstanbul filialı), "Liatris Production" (Bakı), "Liatris Yapım" (İstanbul) və News24.az xəbər saytı fəaliyyət göstərir. 

"Liatris Travel" - səyahət, sağlamlıq, istirahət, avia uçuşlar və müxtəlif turpaketləri sahəsində bir sıra uğurlara imza atıb. Növbəti illərdə daha böyük layihələrlə insanları sevindirəcəyini dilə gətirən  “Liatris Holding”in baş direktoru Ruhi Əliyeva News24.az-a gələcək planlardan söz açıb: “Öncə onu demək istərdim ki, bu bir il ərzində əsas məqsədimiz müştəri məmnuniyyətini, rahat və keyfiyyətli xidməti təmin etmək, səyahətin təşkilini yüksək səviyyədə, layiqincə həyata keçirmək olub. 

Bildiyiniz kimi, xidmətlərə dünyanın istənilən ölkə və şəhərinə turların təşkili, məşhur müalicə ocaqlarının və sanatoriyaların bronlaşdırılması (tibbi tur), münasib sərfəli qiymətlərə aviabiletlərin təşkili və digər xidmətlər daxildir. Bu işdə böyük komanda ilə çalışırıq,  turizm sahəsində peşəkar insanlarla görüşlər təşkil edirik, müxtəlif şirkətlərlə əməkdaşlıq edirik”. 

Ruhi Əliyeva insanların “Liatris Travel” tərəfindən təqdim olunan xidmət və yeniliklərdən də söz açıb: “Bizim üçün vacib olanı odur ki, nə iş görürüksə, Azərbaycanın adına layiq olaq, hər addımda ölkəmizin, dövlətimizin rifahı üçün çalışaq. Cəmiyyətin bütün təbəqəsindən olan insanların rahat, sərfəli, güzəştli şəkildə səyahət və istirahət etmələri üçün şirkət tərəfindən münasib qiymətlərə turpaketlər təqdim edək. “Liatris Travel” vasitəsilə dünyanın istənilən ölkə və şəhərinə, maraqlı məkanlara, məşhur muzeylərə səyahət etmək mümkündür. Müxtəlif turpaketlərə aviabilet, sığorta, oteldə qonaqlama, qidalanma, transfer, viza dəstəyi, müşahidəçi və digər xidmətlər də daxildir”.

Ruhi Əliyeva onu da bildirdi ki, “Liatris Travel” şirkəti tərəfindən müalicəvi, tibbi səyahət turları da təşkil edilir: “Sağlamlığının qorunmasını təmin etmək, əziyyət çəkdiyi xəstəliklərdən etibarlı müalicə yolu ilə xilas olmaq istəyənlər də dünyanın məşhur xəstəxanalarına və sanatoriyalarına güzəştli qiymətlərlə müalicəvi turpaketlərimizdən faydalana bilərlər. 

Eyni zamanda “Liatris Travel” tərəfindən müştərilərə xarici ölkələrlə yanaşı, Azərbaycanın dilbər guşələrində, sanatoriyalarında istirahət və müalicə almaq imkanı yaradılıb. Yetmişdən çox xəstəliyin müalicəsində əvəzsiz rol oynayan məşhur Naftalan vannaları qəbul etmək istəyən müştərilər şirkətin təqdim etdiyi sərfəli turpaketlərdən faydalana bilərlər».

Bütün bunlarla bərabər “Liatris Holdinq” bir sıra yaradıcı işlər, sosial layihələr həyata keçirir: “Son 4 il ərzində davamlı şəkildə Daxili İşlər Nazirliyinin dəstəyi ilə “Qadına qarşı şiddətə son” adlı sosial layihə gerçəkləşdirir.  

Eyni zamanda bu gün həmin layihələrin davamı olaraq “Mənə dünyanı çək!” adlı rəsm  müsabiqə-sərgisini həyata keçirdik. Bunlarla yanaşı, dünyanın məşhur xarici ulduzlarının yüksək səviyyədə konsertlərinə də təşkilatçılıq edir. Daha bir yeni layihəmiz də Türkiyədə ekranlaşdırılacaq “Ağır romantik” adlı filmimizdir.  

Bütün bu işlərlə paralel olaraq Holdinqin nəzdində “News24.az saytı da fəaliyyət göstərir. Peşəkar yaradıcı heyətə malik informasiya portalımız Azərbaycanda və dünyada baş verən hadisələri operativ şəkildə işıqlandırır.