Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksində 4-cülər buraxılış gününü QEYD ETDİ - FOTO - VIDEO
    • 4-06-2019, 12:00
    • 2 736

Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksində 4-cülər buraxılış gününü QEYD ETDİ - FOTO - VIDEO

Bakı Slavyan Universitetinin (BSU) Məktəb Lisey Kompleksində 4-cü sinif şagirdləri buraxılış gününün həyəcanını yaşayıb. Həm müəllimlərin, həm də şagirdlərin üzündə kədər, üzüntü hiss olunsa da, məktəbdə təşkil olunan buraxılış tədbiri yüksək səviyyədə gerçəkləşdi. 

News24.az-a açıqlamasında məktəbin ibtidai sinif müəlliməsi Güləfruz Əliyeva bu günün önəmli olduğunu dilə gətirdi: “Bu gün 4 il dərs dediyim şagirdlərimdən, balalarımdan ayrılıram, çox həyəcanlıyam. Bir-birimizə çox öyrəşmişdik, əlbəttə onlar üçün darıxacağam. Amma bununla belə gələcək həyatlarında onlara uğurlar arzu edirəm, hər birinin cəmiyyətdə layiqli yerini tutmasını diləyirəm”.

G.Əliyeva məktəbdə buraxılış günü ilə bağlı tədbir hazırlanıb: “Bu gün məktəbimizin akt zalında şagirdlərimiz 4 il ərzində öyrəndikləri, onlara aşılanan bilik və bacarıqlarını bu gün nümayiş etdirəcəklər”.  

Övladı üçün həyəcan keçirən valideyn Mətahi Qasımova da hisslərini, fikirlərini bizimlə bölüşdü. “Oğlum  4 “ç” sinfinin rus bölməsində oxuyur. Çox həyəcanlıyam, çünki ilk övladımdır, 4-cü sinfi bitirir. Övladımızın üzərində  əziyyəti olan Güləfruz müəllimədən də, bu məkrəbdən də çox razıyam. Güləfruz müəllimə sözün əsl mənasında bu sinif üçün can qoyub. Təşəkkür edirik. Bu gün uşaqlar buraxılış günü ilə bağlı tədbirə də hazırlaşıblar. Təbii ki, biz də valideyn olaraq onların həyəcanını bölüşməyə gəlmişik. 4 il ərzində öyrəndiklərini bu gün nümayiş etdirəcəklər. Bu onların ilk imtahanıdır, inşallah bundan sonrakı imtahanlardan başlıca çıxarlar”.  

4 "c" sinfinin şagirdi Fərhan Paşa Muradov müəlliməsindən ayrılmasından kədərləndiyini dilə gətirib. O, bütün dostlarına gələcək addımlarında uğurlar arzulayıb.  

4 “c” sinfinin şagirdləri də News24.az-a öz təəssüratlarını bölüşdülər. Həmin müsahibələri videoda təqdim edirik: Məktəbdə bədii tədbir təşkil edildi, şagirdlər ədəbiyyat klassiklərinin əsərlərindən ibarət rollar ifa etdi, musiqi səsləndirdilər.